TƏLƏBƏLƏRİN İSTEHSALAT TƏCRÜBƏSİNƏ START VERİLİB
17.02.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Geodeziya və Xəritəçilik Mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsinə start verilib.
Xidmət rəisi Müslüm Cabbarzadə təcrübəçi tələbələrlə görüşərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamları kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.
Görüşdə Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə aparılan işlər və qarşıda duran vəzifələr, tələbələrin praktiki vərdişlərinin artırılması məqsədilə görüləcək işlər müzakirə olunub, təcrübənin yüksək səviyyədə təşkili ilə bağlı Xidmətin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
İstehsalat təcrübəsinin ilk günündə Xidmətin mütəxəssisləri tərəfindən tələbələr yüksək dəqiqlikli geodeziya alətləri və onların iş prinsipi, çöl ölçmələri nəticəsində əldə edilmiş məlumatların köçürülməsi və emalı, plan və xəritələrin hazırlanması ilə tanış olublar.
Baxılıb: 274