ORDUBAD RAYONUNDA 55 TEXNİKİ SƏNƏD HÜQUQ SAHİBLƏRİNƏ TƏQDİM EDİLİB
14.12.2021
Muxtar respublikada mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi noyabr ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb, 19 fərdi yaşayış evinə, 2 mənzilə, 3 qeyri-yaşayış binasına məxsus 24 texniki pasport hazırlanıb, 31 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 34 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 55 müraciətə baxılıb, məhdudiyyət və yüklülüyə dair 28 arayış verilib.
Ötən ay ərzində vətəndaşlardan daxil olmuş 14 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib .
MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIB
10.12.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin noyabr ayı ərzində diqqətdə saxlanılıb.
İdarə tərəfindən müraciətlər əsasında 32 fərdi yaşayış evinin, 7 mənzilin, 1 qeyri-yaşayış binasının, 1 qeyri-yaşayış sahəsinin, ümumilikdə 41 daşınmaz əmlak obyektinin texniki pasportu, 32 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 18 bölgü planı, 12 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Ötən ayla müqayisədə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində artım müşahidə edilib. 32 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.
Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB
09.12.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən ötən ay ərzində 14 fərdi yaşayış evinə, 1 mənzilə, 3 qeyri-yaşayış sahəsinə 1 qeyri-yaşayış binasına, 1 əmlak kompleksi kimi müəssisəyə məxsus olmaqla, 20 daşınmaz əmlak obyektinin texniki pasport hazırlanıb.
Plan-ölçünün hazırlanması üçün 93 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 30 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 79, əmlakın olub olmaması ilə bağlı 10 arayış verilib.
Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonunun Ərəbyengicə, Qışlaqabbas, Qarahəsənli, Diyadin, Xanlıqlar, Babəki və Stansiya Daşarx kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilib. Şərur rayonun Vayxır, Tumaslı, Tənənəm, Təzəkənd və Vərməziyar kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
ÖTƏN AY 656 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
07.12.2021
Naxçıvan Muxtar respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin noyabr ayı ərzində mülkiyyət hüquqlarının operativ qeydiyyatı təmin edilib, torpaq fondundan səmərəli istifadə diqqətdə saxlanılıb.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə ay ərzində Şərur rayonunun Ərəbyengicə, Qışlaqabbas, Qarahəsənli, Diyadin, Xanlıqlar, Babəki, Stansiya Daşarx kəndlərinin və Kəngərli rayonunun Xok kəndinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntuları aradan qaldırılıb. Şərur rayonunun Vayxır, Tumaslı, Tənənəm, Təzəkənd və Vərməziyar kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
Şahbuz rayonu ərazisində əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələrinin planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun
