Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ORDUBAD RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

ORDUBAD RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

17.03.2022

Rayonda mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi fevral ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb, 8 fərdi yaşayış evinə, 4 mənzilə, 2 qeyri-yaşayış binasına məxsus texniki pasport hazırlanıb, 11 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 19 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 33 müraciətə baxılıb, məhdudiyyət və yüklülüyə dair 22, əmlakının olub olmaması ilə bağlı 10 arayış verilib.

Ötən ay ərzində vətəndaşlardan daxil olmuş 14 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.

Rayonun Qoşadizə və Düylün kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

Baxılıb: 248