DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ OPERATİV İCRA OLUNUR
16.03.2022
Vətəndaşların daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə müraciətlərinin operativ şəkildə cavablandırılması, eləcə də vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi fevral ayında da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin qarşısında duran prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılaraq ardıcıl davam etdirilib.
Ötən ay aparılan məqsədyönlü tədbirlər nəticəsində idarə tərəfindən 14 fərdi yaşayış evinə, 6 mənzilə məxsus texniki pasport hazırlanıb, 21 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 23 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 49 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 41, əmlakın olub olmaması ilə bağlı 31 arayış verilib.
Vətəndaşlardan daxil olmuş 12 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.
Baxılıb: 239