Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI DAVAM ETDİRİLİR

HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI DAVAM ETDİRİLİR

15.03.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən fevral ayı ərzində rayon ərazisində torpaqlardan səmərəli istifadə və onların mühafizəsi, habelə əmlak münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunması və ona uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması diqqətdə saxlanılıb, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri operativ icra olunub.

Ötən ay 19 fərdi yaşayış evinin, 1 qeyri-yaşayış binasının texniki pasportu hazırlanıb, 56 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 16 bölgü planı, 40 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 92 müraciət icra edilib, məhdudiyyət və yüklülüyə dair 62, əmlakın olub olmamasına dair 19 arayış verilib.

Rayonun Kültəpə kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi barədə maarifləndirici tədbir keçirilib.

Ötən ay rayonun Məzrə və Güznüt kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.

Baxılıb: 223