VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV İCRA OLUNUR
11.03.2022
Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası və daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən cari ilin fevral ayında da mütəşəkkil davam etdirilib.
Ötən ay ərzində müraciətlər əsasında 23 fərdi yaşayış evinin, 14 mənzilin olmaqla, ümumilikdə 37 daşınmaz əmlak obyektinin texniki pasportu, 31 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 10 bölgü planı, 5 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Daşınmaz əmlakın qiymətləndirilməsi də diqqətdə saxlanılıb. 11 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.
Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 244