ŞƏRUR RAYONUNDA 103 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB
14.03.2022
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi fevral ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Ötən ay 22 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 81 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əmlakın olub olmaması ilə bağlı 24, məhdudiyyət və yüklülüyə dair 104 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib, 40 müayinə aktı yazılıb.
Ay ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonunun Muğanlı, Həmzəli, Alışar, Şahbulaq və Siyaqut kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülüb.
Rayonun Tənənəm və Xanlıqlar kəndlərində torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri ilə torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunması və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi barədə maarifləndirici görüşlər keçirilib.
Baxılıb: 286