XANLIQLAR KƏNDİNDƏ TORPAQ MÜLKİYYƏTÇİLƏRİ VƏ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLİB
24.02.2022
Şərur rayonunun Xanlıqlar kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Şərur Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunması və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi barədə torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri və sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Məmməd Məmmədov açaraq torpaqlardan təyinatına uyğun səmərəli istifadədən, aqrar sahənin inkişafından,bu sahəyə göstərilən dövlət dəstəyi və tədbirin əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə Xidmətin əməkdaşı Xəlil Axundov, rayon prokurorluğunun müstəntiqi Rauf Cəfərov və digər çıxış edənlər tərəfindən qeyd olunub ki, torpaqlardan təyinatı üzrə istifadə edilməməsi orada özbaşına tikililərin aparılması, eləcə də mühafizə zonalarının qanunsuz çəpərlənməsi və tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.
Həmin vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu, Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələbləri, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olması izah edilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxılıb: 298
