Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

BABƏK RAYONUNDA ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

17.02.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunda daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınmasının əhəmiyyətindən və bu sahədə Babək rayonu üzrə görülən işlərdən bəhs edib.

Ardını oxu »

ƏLİABAD QƏSƏBƏSİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

16.02.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin və  Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bitkilərin məhsuldarlığının artırılmasında gübrələrdən düzgün və səmərəli istifadənin rolu” mövzusunda bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Pərvin Səfərov Naxçıvan şəhərinin, o cümlədən Əliabad qəsəbəsinin torpaq mülkiyyətçilərinin yerli məhsul istehsalındakı rolundan, sakinlər tərəfindən bu sahəyə marağın artmasından və göstərilən dövlət dəstəyindən bəhs edib. 

Aid mütəxəssislər tərəfindən mineral və üzvi gübrələrdən düzgün, vaxtında istifadə olunması, torpağın münbitliyinin qorunub saxlanılması, onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarından düzgün istifadə qaydalarını ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.

Ardını oxu »

BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNİN İNŞASI ÜÇÜN ƏRAZİLƏRİN SEÇİLMƏSİ MÜZAKİRƏ OLUNUB

15.02.2023

Naxçıvan Muxtar Respublikası üzrə bərpa olunan enerji mənbələrinin inşası üçün təklif olunan ərazilərin müzakirəsi ilə bağlı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbər şəxsləri və icraçı şirkətlərdən ibarət nümayəndə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə bildirib ki, muxtar respublikada yeni enerji layihələrinin reallaşdırılması və ixrac potensialının genişləndirilməsi qarşıda duran prioritet məsələlərdəndir. Ölkə Prezidentinin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Naxçıvanda yeni elektrik stansiyalarının qurulması işi davamlı həyata keçirilir. Bərpa olunan enerji stansiyalarının tikintisi üçün uyğun ərazilər Xidmət tərəfindən araşdırılır və aidiyyəti qurumlara təklif olunur.

Ardını oxu »

ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜRACİƏTLƏR OPERATİV CAVABLANDIRILIR

14.02.2023

Daşınmaz əmlakın qeydiyyatı sahəsində keçirilən məqsədyönlü tədbirlər nəticəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti yüksəlib və sakinlərin rahatlığının təmin edilməsinə nail olunub.

Ötən ay ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən sakinlərə göstərilən xidmətlər mütəşəkkil həyata keçirilib, operativlik təmin edilib. Texniki sənədlərin hazırlanması məqsədilə vətəndaşlar tərəfindən idarəyə ünvanlanan 86 müraciətə əsasən 36 fərdi yaşayış evinin, 12 mənzilin, 1 qeyri-yaşayış sahəsinin, ümumilikdə, 49 daşınmaz əmlak obyektinin texniki pasportu və 37 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlər hazırlanarkən 10 müayinə aktı, 17 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

Ardını oxu »