Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNİN OPERATİV CAVABLANDIRILMASI DİQQƏTDƏ SAXLANILIR

VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNİN OPERATİV CAVABLANDIRILMASI DİQQƏTDƏ SAXLANILIR

07.04.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinə vaxtında cavab verilməsi 2023-cü ilin birinci rübündə də uğurla davam etdirilib.

3 ay ərzində rayon ərazisində bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb. Bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə bələdiyyə torpaqarının qanunverciliyə uyğun mülkiyyətə verilməsi ilə bağlı seminar keçirilib.

Birinci rüb ərzində müraciətlər əsasında 77 daşınmaz əmlak obyektinin texniki pasportu, 220 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə idarə tərəfindən hazırlanan mülkiyyət sənədlərinin sayı 27,5% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 38 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 149 müayinə aktı yazılıb.

Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 342 müraciət qəbul edilərək icra edilib, müraciətlər əsasında məhdudiyyət və yüklülüyə dair 221, əmlakın olub olmaması ilə bağlı 113 arayış qanunvericiliyə uyğun hazırlanaraq vətəndaşlara təqdim olunub.

44 şifahi müraciətə əsasən əmlaklara baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Baxılıb: 200