AİLƏ TƏSƏRRÜFATÇILARININ İŞTİRAKI İLƏ NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ TƏŞKİL OLUNUB
19.04.2023
Şərur şəhərində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.
İcra Hakimiyyətinin əməkdaşı Osman Cəlil rayonda aqrar sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinə və ailə təsərrüfatçılarına göstərilən hərtərəfli dövlət dəstəyi, tətbiq edilən güzəştlər nəticəsində sakinlərin təsərrüfata marağının artırılması ilə bağlı çıxış edib.
Seminar-müşavirədə aid qurumların əməkdaşları Şərur rayonunda kənd təsərrüfatının əsas qolu olan ailə təsərrüfatının inkişaf etdiyini vurğulayıblar. Çıxış edənlər iştirakçılara ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, torpaqlardan səmərəli istifadə edilməsi, növbəli əkin sisteminin tətbiqi və əkinlər zamanı şırım üsulundan istifadənin üstünlüyü ilə bağlı məlumat veriblər.
İştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılıb, mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.
Baxılıb: 184