Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BABƏK RAYONUNDA TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

BABƏK RAYONUNDA TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

10.04.2023

Şıxmahmud kəndində təşkil olunan maarifləndirici tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşviq Məmmədsoy dövlət dəstəyi ilə son illər Babək rayonunda kənd təsərrüfatı sahəsinin inkişafından danışıb, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd təsərrüfatı və Ekologiya və təbii sərvətlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları çıxış edərək torpaq mülkiyyətçilərinə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılması, həmçinin torpaqların münbitliyinin artırılmasına dair qəbul edilmiş müvafiq Dövlət Proqramlarının həyata keçirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər.

Aid təşkilatların nümayəndələri tərəfindən torpaqlardan təyinatına uyğun səmərəli istifadə edilməsi və əkilməyən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, yay, qış otlaqlarında və digər otlaq ərazilərdə eroziyanın və səhralaşmanın qarşısının alınması, qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin üstünlüyü barədə iştirakçılar maarifləndirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, təsərrüfat sahiblərini maraqlandıran suallara ətraflı aydınlıq gətirilib və maarifləndirici bukletlər təqdim olunub.

Baxılıb: 188