Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XİDMƏTİN KOLLEKTİVİ ÜÇÜN HEYDƏR ƏLİYEV MUZEYİNDƏ AÇIQ DƏRS KEÇİRİLİB

XİDMƏTİN KOLLEKTİVİ ÜÇÜN HEYDƏR ƏLİYEV MUZEYİNDƏ AÇIQ DƏRS KEÇİRİLİB

17.04.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivləri “Heydər Əliyev İli” ilə əlaqədar Heydər Əliyev Muzeyində açıq dərs keçiblər.

Tədbirdə Xidmətin əməkdaşlarına Ulu Öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə məlumat verilib. Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan ümummilli liderin mənalı ömür yolundan ətraflı bəhs edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti zamanı Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində ən mühüm addımlar atılıb. Görkəmli dövlət xadiminin dövlət idarəçiliyinin, xarici və dövlət siyasətinin, mədəniyyətimizin, elmimizin hərtərəfli inkişafı üçün gördüyü işlər konkret nəticələr verib.

İştirakçıların diqqətinə çatdırılıb ki, bütün varlığı ilə Vətənə, xalqa bağlı olan dahi lider öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğur və nailiyyətlərin əsasında ümummilli liderin müəyyənləşdirdiyi siyasi kurs və bu kursun böyük əzmlə davam etdirilməsi faktı dayanır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının, o cümlədən muxtar respublikanın bugünkü nailiyyətləri məhz dahi liderin inkişaf və tərəqqi haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəricisidir.

Sonda Xidmətin əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub

Baxılıb: 191