BİRİNCİ RÜB ƏRZİNDƏ VƏTƏNDAŞLARA DAŞINMAZ ƏMLAKLA BAĞLI KEYFİYYƏTLİ XİDMƏT GÖSTƏRİLİB
11.04.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən ötən 3 ayda daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət gücləndirilib, sakinlərin müraciətləri üzrə operativlik təmin olunub.
Yanvar-mart ayları ərzində şöbə tərəfindən 6 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 19 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı rayon üzrə 39% artıb.
Vətəndaşların müraciətlərinə əsasən ötən rüb məhdudiyyət və yüklülüyə dair 23, əmlakının olub olmaması ilə bağlı 18 arayış verilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib və 15 müayinə aktı yazılaraq rayon sakinlərinə təqdim edilib.
Daxil olan 30 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara ətraflı şəkildə izah edilərək qanunamüvafiq icra edilib.
Şöbə tərəfindən rayon ərazisində olan dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 173