Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ÖTƏN İLİN MÜVAFİQ DÖVRÜNDƏKİ GÖSTƏRİCİNİ 69,6% ÜSTƏLƏYİB

KƏNGƏRLİDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ÖTƏN İLİN MÜVAFİQ DÖVRÜNDƏKİ GÖSTƏRİCİNİ 69,6% ÜSTƏLƏYİB

10.04.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən birinci rüb ərzində vətəndaşlardan daxil olan müraciətlərə vaxtında baxılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.

Görülən işlər çərçivəsində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə hazırlanan mülkiyyət sənədlərinin sayı 69,6% artıb. Belə ki, 3 ayda ümumilikdə 46 daşınmaz əmlak obyektinə dair texniki pasport hazırlanıb, 32 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirildikdən sonra 5 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 44 müayinə aktı yazılıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə vaxtlı-vaxtında baxılıb, dövlət reyestrindən 105 çıxarış, 3 torpaq sahəsinə dair rəy verilib, məhdudiyyət və yüklülüyə dair 67 arayış, əmlakın olub-olmaması ilə bağlı 94 arayış vətəndaşlara təqdim olunub.

Ötən müddət ərzində rayonun Qıvraq qəsəbəsində həyətyanı torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə planaalma işləri həyata keçirilib. Rayon ərazisində olan dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Baxılıb: 180