Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNAN KOLLEGİYA İCLASI KEÇİRİLİB

BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNAN KOLLEGİYA İCLASI KEÇİRİLİB

20.04.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində kollegiya iclası keçirilib. İclası Xidmətin rəisi Müslüm Cabbarzadə açıb.

Təsdiq olunmuş dövlət proqramlarında xidmətin fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Xidmət aparatının rəhbəri Ayaz Cabbarov, torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatında təkmilləşdirilmə işlərinin davam etdirilməsi və məlumatların yenilənməsi ilə əlaqədar İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov, daşınmaz əmlakın inventarlaşdırılması, qiymətləndirilməsi və daşınmaz əmlakların real bazar dəyərinə dair məlumat bankının formalaşdırılması barəsində isə Daşınmaz əmlak məsələlri şöbəsinin müdiri Əkbər Əliyev çıxış edərək görülən işləri diqqətə çatdırıblar. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.

Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması və qeydiyyatı istiqamətində işlərin davam etdirilməsi, torpaqların elektron kadastr uçotu informasiya sisteminin daşınmaz əmlakın elektron qeydiyyat sistemi ilə inteqrasiyasının təmin edilməsi, sistemin mövcud funksionalıqlarının təkmilləşdirilməsi, rəqəmsal kadastr xəritəsinin məlumatlarının dürüstləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, torpaq sahələrinin və üzərində yerləşən tikililərin dürüstləşdirilərək sistemə daxil edilməsinə və rəqəmsal kadastr xəritəsinin düzgün formalaşdırılmasına nəzarətin daha da gücləndirilməsi, dövlət reyestrinə daxil edilən daşınmaz əmlakların real bazar dəyərinə dair məlumat bankının formalaşdırılması və məlumatların əlçatanlığının təmin edilməsi istiqamətində işlərin davam etdirilməsi, hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi ilə bağlı müraciətlərə qanunamüvafiq qaydada operativ baxılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Baxılıb: 232