Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN RÜB ŞƏRUR RAYONUNDA 333 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

ÖTƏN RÜB ŞƏRUR RAYONUNDA 333 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

19.04.2023

Cari ilin ilk üç ayında Şərur rayonu üzrə torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkili diqqət mərkəzində saxlanılıb, vətəndaşlardan daxil olan müraciətlər qanunvericiliyə uyğun və operativ icra edilib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən rüb ərzində 143 həyətyanı, 106 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü tərtib olunub, 84 daşınmaz əmlak obyektinin texniki pasport hazırlanaraq vətəndaşlara təqdim edilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən üç ay ərzində hazırlanan mülkiyyət sənədlərinin sayı 7% artıb. Əmlaklara yerində baxış keçirilərək 5 birləşmə və 2 bölünmə planı hazırlanaraq vətəndaşlara təhvil verilib, 114 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

İdarə tərəfindən müvafiq dövrdə 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi həyata keçirilib. Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 42 vətəndaşınşifahi müraciəti qəbul edilərək icra olunub, 210 sosial, 154 məhdudiyyət və yüklülüyə dair arayış verilib.

Yanvar-mart aylarında rayonun torpaqlarından təyinatına uyğun olaraq istifadə edilməsinə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilib.

Baxılıb: 169