Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINDA ARTIM MÜŞAHİDƏ EDİLİB

NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINDA ARTIM MÜŞAHİDƏ EDİLİB

12.05.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, onun yerli idarə və şöbələri tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üzrə işlər uğurla icra edilib.

Cari ilin aprel ayı ərzində də əmlakın qeydiyyatında vətəndaşlara operativ şəkildə xidmət göstərilib. Daxil olan vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin Naxçıvan Şəhər İdarəsi tərəfindən ötən ay 126 texniki sənəd hazırlanıb.

Vətəndaşlara təqdim edilən texniki sənədlərdən 64-ü fərdi yaşayış evi, 20-si mənzil olmaqla, 84-ü daşınmaz əmlak obyektinin texniki pasportu, 42-si isə torpaq sahəsinin plan-ölçüsü olaraq hazırlanıb. Əmlaklara dair sənədlərin hazırlanması zamanı 10 bölgü planı, 10 müayinə aktı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

Şəhər üzrə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı işlər də həyata keçirilib. 5 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Həmçinin, bələdiyyələrin müraciət əsasında torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Şifahi müraciət əsasında vətəndaşların əmlakına yerində baxış keçirilərək qanunvericiliyin tələbləri izah olunub.

Ötən ay ərzində Naxçıvan şəhəri ərazisindəki dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və mühafizəsi daim nəzarətdə saxlanılıb.

Baxılıb: 186