ƏHALİNİN DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏRİ OPERATİV CAVABLANDIRILIR
11.05.2023
Ordubad rayonunda mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkili, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi aprel ayında da davam etdirilib. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən vətəndaşlara fəaliyyət istiqamətlər üzrə nümunəvi xidmət göstərilib.
İdarə tərəfindən müracətlər əsasında 36 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb ki, bunlardan 5-i fərdi yaşayış evinə, 29-u mənzilə, 2-si qeyri-yaşayış binasına məxsus olub. Rayon üzrə ümumilikdə, 17 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.
Ay ərzində 1 dublikat sənəd, 1 ünvan, 9 sosial, 23 məhdudiyyət və yüklülüyə dair arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 40 müayinə aktı yazılıb, 2 bölgü planı hazırlanıb. Vətəndaşlardan daxil olan 17 şifahi müraciət ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri izah edilib.
Ötən ay rayonda ailə təsərrüfatlarının inkişaf etdirilməsi ilə əlaqədar Azadkənddə bələdiyyə sədrləri, ailə təsərrüfatı başçıları və torpaq mülkiyyətçiləri maarifləndiriliblər. Rayonunun Anaqut və Çənnəb kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilən müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 155