Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİ SAHƏSİNDƏ İNKİŞAFA NAİL OLUNUB

DAŞINMAZ ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİ SAHƏSİNDƏ İNKİŞAFA NAİL OLUNUB

05.05.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aprel ayı ərzində də muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılmasında operativliyin təmin edilməsi, əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması diqqət mərkəzində saxlanılıb. Xidmətin fəaliyyət istiqamətləri üzrə görülən işlər nəticəsində aprel ayında 830 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Ötən ay ərzində “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Xidmətin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şıxmahmud kəndində rayon icra hakimiyyəti başçısının yerlərdəki nümayəndələrinin, bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, o cümlədən ailə təsərrüfatçılarının iştirakı ilə maarifləndirici tədbir keçirilib. Həmçinin, Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq Ordubad rayonunun Azadkəndində və Şərur şəhərində bələdiyyə sədrləri, ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri maarifləndiriliblər.

Aprel ayında muxtar respublika üzrə 329 əmlaka dair texniki pasport, 307 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 636 texniki sənəd hazırlanıb. Vətəndaşlardan daxil olan müraciətlər əsasında ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 57 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 479 arayış tərtib olunub.

Hesabat dövründə Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 102 müraciət qəbul edilərək icrası üçün aidiyyəti üzrə yönəldilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1050 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.

Təşkil olunan səyyar xidmətlər zamanı Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarının bir sıra yaşayış məntəqələrində vətəndaşlar qəbul edilib

Baxılıb: 195