DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATA ALINMASI DİQQƏTDƏ SAXLANILIR
13.02.2023
Babək rayonunda daşınmaz əmlak, torpaq məsələləri və digər fəaliyyət istiqamətləri, daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və onların müdafiəsi sahəsində işlərin səmərəli təşkil edilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılır. Cari ilin yanvar ayında idarəyə vətəndaşlar tərəfindən müvafiq xidmət növləri üzrə daxil olan müraciətlər vaxtında cavablandırılıb, torpaq sahələrinin plan və ölçüləri tərtib edilərək sakinlərə təqdim olunub.
Ay ərzində idarə tərəfindən 16 fərdi yaşayış evinin, 1 əmlak kompleksi kimi müəssisənin, 1 mənzilin texniki pasport və 50 torpaq sahəsinin planı və ölçüsü hazırlanıb. 10 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, həmçinin 35 müayinə aktı yazılıb.
SƏDƏRƏK RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
08.02.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva Sədərək rayon sakinləri ilə görüşüblər. İcra Hakimiyyətində təşkil olunan qəbulda vətəndaşlar bir sıra məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərə əsasən pay torpaq sahələrinin istifadə vəziyyətində yaranmış çətinliklərin aradan qaldırılması, həyətyanı sahələrin sənədlərində dəqiqləşdirilmələrin aparılması və digər məsələlərə baxılıb, sakinlərin fikirləri dinlənilib.
Qəbul zamanı ümumilikdə 19 rayon sakinin müraciətinə qanunauyğun surətdə baxılıb. 8 vətəndaşın müraciəti yerində öz həllini tapıb.
Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı müraciət edən 3 rayon sakininə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 8vətəndaşa isə qanunvericiliyin tələbləri izah olunaraq aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.
ÖTƏN AY ƏRZİNDƏ ŞƏRUR RAYONUNDA VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ OPERATİV CAVABLANDIRILIB
08.02.2023
Muxtar respublikada əmlak və torpağın dövlət reyestrində qeydiyyatının müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılması, torpaq idarəçiliyi sahəsində innovativ yeniliklərin tətbiqi, müasir imkanlardan geniş istifadə əsas məqsəd kimi müəyyənləşdirilib. Bu sahədə qarşıya qoyulan mühüm vəzifələr və verilən tapşırıqların həlli ilə bağlı görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən yanvar ayında da davam etdirilib.
Ötən ay ərzində idarə tərəfindən ümumilikdə 24 olmaqla, 20 fərdi yaşayış evinin, 2 mənzilin, 2 qeyri-yaşayış binasının texniki pasportu, 53 həyətyanı və 36 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 3 torpaq sahəsinə dair bölünmə və birləşmə planı tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı isə 38 müayinə aktı yazılıb.
YANVAR AYINDA ÜMUMİLİKDƏ 665 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
03.02.2023
Torpaq və daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, onların müdafiəsi sahəsində işlərin daha səmərəli təşkili, həmçinin torpaqlardan təyinatına uyğun istifadə edilməsinə nəzarətin mütəşəkkil həyata keçirilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, vətəndaş müraciətlərinin operativ cavablandırılması təmin edilib.
Xidmət tərəfindən ötən ay 665 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 494 texniki sənəd hazırlanıb, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 34 daşınmaz əmlak obyektinə ünvan verilib, 69 torpaq sahəsinin plan və ölçüsünə dair dövlət kadastr kitablarında qeyd aparılıb, məhdudiyyət və yüklülüyə dair 436 arayış verilib. Ay ərzində Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 82 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.
Cari ilin ilk ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1004 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
