Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

CULFA RAYONUNDA BƏLƏDİYYƏ ÜZVLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİB

13.06.2023

Rayonun bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilən seminarda “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusuna toxunulub, məsələ ilə bağlı maarifləndirmə aparılıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və digər aidiyyəti qurumların birgə təşkil etdiyi tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri İlqar Novruzov bələdiyyə torpaqlarının səmərəli idarə olunmasının perspektivlərindən danışıb.

Aid qurumların əməkdaşları təşkil olunan maarifləndirici seminarın əsas mahiyyətini diqqətə çatdırıb, bələdiyyə mülkiyyətindəki torpaqlardan təyinatına uyğun, səmərəli, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə istifadə olunması, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan bu kateqoriya torpaqların mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi barədə ətraflı məlumat veriblər.

Ardını oxu »

KƏNGƏRLİ RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI MƏSƏLƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

08.06.2023

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsinin dövlət qeydiyyatı, əmlak və torpaq münasibətlərinin tənzimlənməsi ötən ay ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən diqqətdə saxlanılıb. Müvafiq dövrdə rayon ərazisindəki dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan səmərəli və təyinatına uyğun istifadə vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Sakinlər tərəfindən şöbəyə daxil olan müraciətlərlə əlaqədar 8 fərdi yaşayış evinin, 1 qeyri-yaşayış binasının texniki pasportu hazırlanıb, 10 torpaq sahəsinin plan və ölçüsü hüquq sahibi olan sakinlərə təqdib edilib. May ayında texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 7 müayinə aktı yazılıb.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

07.06.2023

Əmlakın dövlət qeydiyyatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə daxil olan müraciətlər operativ şəkildə həllini tapıb. Cari ilin may ayında Xidmətin Sədərək Rayon Şöbəsi də qarşıya qoyulan vəzifə və tapşırıqlar üzrə mütəşəkkil qaydada xidmət göstərib. 

Hesabat dövründə şöbə tərəfindən 5 daşınmaz əmlak obyektinin texniki pasportu, 6 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq sakinlərə təqdim edilib. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 5, əmlakın olub-olmaması ilə bağlı 6 arayış tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Mülkiyyət sənədlərinin hazırlanması zamanı 6 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. 6 torpaq sahəsinə dair rəy verilib.

Vətəndaşlardan şöbəyə daxil olan 12 şifahi müraciət üzrə sözügedən əmlaklar yerində ilkin baxışdan keçirilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Ardını oxu »

ŞƏRUR RAYONUNDA BƏLƏDİYYƏ SƏDRLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLİB

06.06.2023

Rayonun bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən maarifləndirici seminar “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusuna həsr olunub.

Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Qurbanov seminarı giriş sözü ilə açaraq maarifləndirici tədbirin əhəmiyyətindən danışıb, bələdiyyə orqanlarında işin səmərəli qurulması istiqamətində görüləcək işlərdən bəhs edib.

Seminarda aid təşkilatların nümayəndələri çıxış edərək torpaqlardan, o cümlədən bələdiyyə torpaqlarından təyinatına uyğun istifadə olunması,  bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində qanunvericilikdə nəzərdə tutulan əsas məqamları diqqətə çatdırıblar. Bildirib ki, bələdiyyə mülkiyyətinə aid torpaqları mülkiyyətə və ya icarəyə vermək hüququ yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə aiddir.

Təşkil olunan tədbirdə “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri”, “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi” və digər mövzulara toxunulub, mövzular ətrafında müzakirələr aparılıb.

Ardını oxu »