BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ DİQQƏTDƏ SAXLANILIR
15.08.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən cari ilin iyul ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti gücləndirilib, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib. Ötən ay idarə tərəfindən 18 fərdi yaşayış evinə məxsus texniki pasport, 68 torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 23 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 92 müraciət qəbul edilib və icra olunub. Müvafiq dövrdə məhdudiyyət və yüklülüyə dair 27, əmlakın olub-olmaması ilə bağlı 55 arayış verilib.
Vətəndaşlardan daxil olmuş 7 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib. Ay ərzində səyyar xidmət zamanı rayonun Payız və Didivar kəndlərində əhaliyə müvafiq istiqamətlər üzrə xidmətlər göstərilib.
Baxılıb: 142