Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CARİ İLİN BİRİNCİ YARISINDA 5 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

CARİ İLİN BİRİNCİ YARISINDA 5 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

26.07.2023

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası 2023-cü ilin ilk 6 ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, vətəndaş müraciətlərinin operativ cavablandırılması təmin edilib.

Yanvar-iyun ayları ərzində muxtar respublika üzrə 4 min 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur. Ümumi göstəricinin 1700-ü və ya 35%-i ilkin,         3 min 169-u və ya 65%-i təkrar qeydiyyatın payına düşüb.

I yarımil ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərindən     1963-ü fərdi yaşayış evi, 1602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşayış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Əmlakların 2187-si və ya 45%-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Bəhs olunan dövrdə 3 min 632 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki göstəricidən 42,7% çoxdur. 1697 əmlaka dair texniki pasport, 1935 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.   

Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 2 min 424 aryış verilib, 1690 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsi ilə real vaxt rejimində notariat ofislərinə təqdim edilib.

Baxılıb: 153