Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIB

ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIB

23.08.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən iyul ayı ərzində qəbul edilmiş müraciətlərə vaxtında baxılıb, vətəndaşlara səyyar xidmət göstərilib, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb. İdarə tərəfindən 21 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb ki, bunlardan 17-si fərdi yaşayış evinə, 2-si mənzilə, 1-i qeyri-yaşayış binasına, 1-i isə qeyri-yaşayış sahəsinə məxsus olub. Həmçinin rayon üzrə 92 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. Ay ərzində 129 sosial, 37 məhdudiyyət və yüklülüyə dair arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 26 müayinə aktı yazılıb, 3 birləşmə, 2 bölgü planı hazırlanıb.

Vətəndaşlardan daxil olmuş 20 şifahi müraciət ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Ötən ay rayonun Mahmudkənd və Kərimbəyli kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, müraciətlərə əsasən mülkiyyət sənədləri hazırlanaraq onlara təqdim olunub.  

Baxılıb: 135