AİLƏ TƏSƏRRÜFATLARI İLƏ NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
28.08.2023
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Nurlan Əhmədov açaraq muxtar respublikada ailə təsərrüfatlarının inkişafından, aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri, əkin atlaslarına uyğun əkinlərin aparılmasının, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də meyvə,tərəvəz və bostan məhsullarının qurudulması və qablaşdırılmasının, kataloqunun hazırlanmasının əhəmiyyəti barədə təsərrüfat sahiblərinə məlumat verilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 136