SƏDƏRƏKDƏ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİB
14.09.2023
Avqust ayında rayon üzrə mülkiyyət hüquqlarının qeydiyyatı operativ yerinə yetirilib, sakinlərin müvafiq məsələlərlə bağlı müraciətlərinə qanunvericiliyə uyğun baxılıb. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən müraciət əsasında 3 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 16 torpaq sahəsinin isə plan və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.
Hesabat dövründə ümumilikdə 4 məhdudiyyət və yüklülüyə dair, 35 əmlakın olub-olmamasına dair arayış və 10 rəy verilib, 3 müayinə aktı yazılıb.
Ötən ay ərzində vətəndaşlardan daxil olan 9 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.
Rayonun bütün yaşayış məntəqələrində dövlət, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatına uyğun istifadə edilməsinə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilib.
respublika sakinlərinin daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası, əmlaka məxsus olan texniki
Baxılıb: 148