FÖVQƏLADƏ HALLARDAN QORUNMA VƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
04.09.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil olunan maarifləndirici tədbirdə Xidmətin əməkdaşları iştirak edib. Xidmətin Ümumi şöbəsinin müdiri Ruslan Rüstəmov çıxış edərək işçilərin fövqəladə hallara hazırlıq, yanğın və digər xoşagəlməz təbii hadisələr zamanı davranış qaydalarının və belə maarifləndirici görüşlərin işçilərin daha təhlükəsiz şəraitdə çalışmaları üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Zülfüqar Zülfüqarov “Müəssisələrdə mülki müdafiə və fövqəladə hallara hazırlıq təhlükəsizliyin qarantıdır”, nazirliyin əməkdaşı Əbülfəz Qafarov isə “Çimərlikdə təhlükəsizlik tədbirləri, dəm qazı və ondan qorunma yolları” mövzularında çıxış ediblər.
Bildirilib ki, tədbirin təşkilində məqsəd Xidmət əməkdaşlarının fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunan qaydalara əməl olunması üzrə məsuliyyətlərini xatırlatmaq, fövqəladə hal zamanı ondan mühafizə üsulları, özünəyardım və qarşılıqlı yardım məsələləri, ehtimal olunan fövqəladə hadisələr, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı müəyyən olunmuş tələblərə əməl edilməsi barədə maarifləndirməkdir.
Tədbirin sonunda iştirakçıları mаrаqlаndırаn suаllаra aydınlıq gətirilib.
Baxılıb: 147