AVQUST AYINDA NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ 184 TEXNİKİ SƏNƏD HAZIRLANIB
13.09.2023
Muxtar respublika sakinlərinin daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası, əmlaka məxsus olan texniki sənədlərin vaxtlı-vaxtında hazırlanması ötən ay uğurla yerinə yetirilib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi də müvafiq dövrdə texniki sənədlərin hazırlanması üçün vətəndaşlardan daxil olan 184 müraciəti icra edib. Müraciətlərə əsasən 80-i fərdi yaşayış evinə, 36-sı mənzilə, 6-sı isə qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə 122 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb. Həmçinin, ay ərzində 62 torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 23 müayinə aktı, 28 bölgü planı tərtib olunub.
Ötən ay ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə şəhərin Qaraxanbəyli kəndində bələdiyyə sədrləri, ailə təsərrüfatı başçıları, torpaq mülkiyyətçiləri, istifadəçilər və icarəçilər maarifləndirilib.
Şəhər ərazisindəki dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi idarə tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 134