İYUL AYI ƏRZİNDƏ CULFA RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI 62 TEXNİKİ SƏNƏD HAZIRLANIB
16.08.2023
Cari ilin iyul ayında vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə operativ baxılması və daşınmaz əmlaka məxsus texniki sənədlərin hazırlanması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb. Ötən ay daxil olan müraciətlərə əsasən İdarə 14 fərdi yaşayış evinə, 8 mənzilə, 3 qeyri-yaşayış binasına, 5 qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə 30 texniki pasport hazırlayıb, 32 torpaq sahəsinə dair plan-ölçü tərtib edərək vətəndaşlara təqdim edilib. Ay ərzində texniki sənədlərin tərtibi zamanı 23 müayinə aktı yazılıb, 4 bölünmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib. Dövlət reyestrindən 58 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 10 arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. 93 sosial arayış verilib.
Vətəndaşlardan daxil olan şifahi və yazılı müraciətlər yerində araşdırılıb, əmlaklara baxış keçirilib və qanunvericiliyin tələbləri onlara izah edilib. Rayonun bütün yaşayış məntəqələrində dövlət və bələdiyyə, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 137