ORDUBAD RAYONUNDA ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜRACİƏTLƏR OPERATİV İCRA EDİLİB
29.08.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarəti diqqətdə saxlanılıb, əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətlərə operativ baxılıb. Ötən ay rayon idarəsi tərəfindən 6 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 9 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib.
Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 17 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. İyul ayı ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 24 müraciət qəbul edilib, 3 sosial, 3 ünvan və 39 məhdudiyyət və yüklülüyə dair arayış verilib. 2 torpaq sahəsinə dair rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.Vətəndaşlardan daxil olan 14 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbi vətəndaşlara izah edilib. Həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti diqqətdə saxlanılıb.
Baxılıb: 132