Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 140 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB

ÖTƏN AY 140 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB

12.03.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində 20 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına məxsus texniki pasport hazırlanmış, 119 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Texniki sənədlərin hazırlanması zamanı 8 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunmuş, 40 müayinə aktı yazılmışdır.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 119 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 43, əmlakın olub-olmamasına dair 42 arayış verilmişdir.

Payız, Gülşənabad və Cəhri kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.

Zeynəddin və Şıxmahmud kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 18 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 691