Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SUVARILAN TORPAQ SAHƏLƏRİNİN XƏRİTƏLƏRİ NƏŞR OLUNUB

SUVARILAN TORPAQ SAHƏLƏRİNİN XƏRİTƏLƏRİ NƏŞR OLUNUB

20.05.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri toplu şəklində nəşr olunub.

Xəritələr üzərində ərazilərin su təminatının yaxşılaşdırılması məqsədi ilə çəkilmiş suvarma xətləri, yeraltı və yerüstü kanallar, eləcə də çaylar, göllər, su anbarları və digər hidroqrafiya elementləri şərti işarələrlə əks olunub. Nasos stansiyaları, drenaj xətləri qeyd edilib, şəhər və rayonlar üzrə suvarılan, qapalı suvarma şəbəkəsi qurulmuş və qapalı suvarma şəbəkəsinin tikintisi aparılan torpaq sahələri göstərilib. Ümumi suvarılan torpaq sahələrinin, mütərəqqi suvarma şəbəkələrinin qurulması ilə əkin dövriyyəsinə qatılmış torpaq sahələrinin əhatə etdiyi ərazilərin rəqəmlərlə ifadəsi verilib.

Yüksək poliqrafik göstəricilərlə nəşr olunan toplu ümumilikdə 31 xəritədən ibarətdir.

Baxılıb: 561