Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SƏDƏRƏK RAYONUNDA TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU APARILIR

SƏDƏRƏK RAYONUNDA TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU APARILIR

13.05.2020

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda planaalma işləri aparılır.

Artıq rayonun Heydərabad qəsəbəsində və Qaraağac kəndində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb. Plana alınmış 2 minə yaxın daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.

Hazırda planaalma işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

.

Baxılıb: 553