ŞAHBUZ RAYONUNDA TORPAQLARIN ELEKTRON UÇOTUNUN APARILMASI İLƏ BAĞLI İŞLƏR BAŞA ÇATDIRILIB
31.03.2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.
Planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsi ilə dəqiqləşdirilib. Plana alınmış 8 min 6 yüzdən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunaraq uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.
“ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN 4-cü NÖMRƏSİ İŞIQ ÜZÜ GÖRÜB
19.03.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin dördüncü nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb. Bülletenin bu sayında muxtar respublikamızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərlə bağlı yazılar yer alıb. Torpaqların su təminatının yaxşılaşdırılması, qapalı suvarma şəbəkələrinin qurulması istiqamətində görülən işlərə dair materiallar yerləşdirilib.
Yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə dair qanunvericiliyin tələbləri, daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən yeniliklər bülletendə geniş işıqlandırılıb.
DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİNİN HƏLLİ DİQQƏT MƏRKƏZİNDƏDİR
19.03.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmışdır. Daxil olmuş müraciətlər əsasında 9 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanmışdır.
Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 10, hüquqların dövlət qeydiyyatına alınması üçün 19 müraciətə baxılmışdır. Məhdudiyyət və yüklülüyə dair 17, əmlakın olub-olmamasına dair 20 arayış verilmişdir.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR
19.03.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində də vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri diqqətdə saxlanılmış, 9 fərdi yaşayış evinə, 9 mənzilə məxsus olmaqla, 18 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmışdır. Fərdi yaşayış üçün ayrılmış 13, kənd təsərrüfatı təyinatlı 7 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.
Dövlət reyestrindən 44 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 22 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. 28 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
