DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİ İNVENTARLAŞDIRILIB
07.11.2020
Torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsi tərəfindən 2020-ci ilin oktyabr ayı ərzində diqqət mərkəzində saxlanılıb, daxil olan müraciətlər operativ həll edilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 24 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 21 arayış verilib.
Vətəndaşlardan daxil olmuş 22 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Ötən ay idarə tərəfindən 12 fərdi yaşayış evinə, 1 mənzilə məxsus, ümumilikdə 13 texniki pasport hazırlanıb. 15 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 13 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Baxılıb: 405