Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

ÖTƏN AY 571 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

13.03.2020

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin fevral ayında da diqqətdə saxlanılmışdır.

Torpaqların elektron uçotunun aparılması məqsədilə Şahbuz şəhərində planaalma işləri başa çatdırılmış, Şahbuz rayonunun Mahmudoba və Daylaqlı, Sədərək rayonunun Sədərək kəndlərində planaalma işləri davam etdirilmişdir. Fevral ayında 1076 daşınmaz əmlak obyekti plana alınmışdır. 23 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

Ardını oxu »

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR

12.03.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində 18 fərdi yaşayış evinin, 6 mənzilin,      3 qeyri-yaşayış binasının texniki pasportu, 32 həyətyanı, 20 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Texniki sənədlərin hazırlanması zamanı 33 müayinə aktı yazılmış, 6 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunmuşdur.

41 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 78 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Danyeri kəndində monitorinqlər aparılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vətəndaşlara xəbərdarlıq edilmişdir.

Ardını oxu »

ÖTƏN AY 140 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB

12.03.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin fevral ayı ərzində 20 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına məxsus texniki pasport hazırlanmış, 119 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Texniki sənədlərin hazırlanması zamanı 8 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunmuş, 40 müayinə aktı yazılmışdır.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 119 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 43, əmlakın olub-olmamasına dair 42 arayış verilmişdir.

Payız, Gülşənabad və Cəhri kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.

Ardını oxu »

DÖVLƏT PROQRAMLARININ UĞURLU İCRASI MEYVƏÇİLİYİN VƏ TƏRƏVƏZÇİLİYİN İNKİŞAFINI TƏMİN EDİB

 07.03.2020

Muxtar respublikada aqrar sahəyə dövlətin hərtərəfli qayğısı kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına, xüsusilə meyvə-tərəvəz yetişdirilməsinə əlverişli şərait yaradıb. Bu sahədə müasir infrastrukturun qurulması, qəbul edilən dövlət proqramları, güzəştli kredit şərtləri bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda və2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilmişdir.

Ardını oxu »