DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI İŞLƏR DAVAM ETDİRİLİB
06.11.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin oktyabr ayı ərzində qəbul edilmiş müraciətlərə vaxtında baxılıb, vətəndaşlara səyyar xidmət göstərilib, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Görülən işlər çərçivəsində ötən ay 17 fərdi yaşayış evinə, 2 qeyri yaşayış binasına məxsus texniki pasport hazırlanıb, 73 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 10 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 30 müayinə aktı yazılıb.
Ötən dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 98 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 51, əmlakın olub olmamasına dair 18 arayış verilib.
Rayonun Yarımca və Xəlilli kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 433