Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIR

MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIR

07.11.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin oktyabr ayı ərzində diqqətdə saxlanılmış, daxil olmuş 79 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunmuşdur.

Müraciətlər əsasında 26 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmış, 16 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur. Texniki sənədlərin hazırlanması zamanı 15 bölgü planı, 18 müayinə aktı tərtib edilmiş və arxiv sənədlərinə əlavə olunmuşdur.  

Bələdiyyələrdən daxil olan 10 müraciət əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

Ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır. 

Baxılıb: 480