Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA DÖVLƏT TORPAQ İDARƏÇİLİYİNİN YARADILMASININ 100 İLLİYİ QEYD OLUNUB

NAXÇIVANDA DÖVLƏT TORPAQ İDARƏÇİLİYİNİN YARADILMASININ 100 İLLİYİ QEYD OLUNUB

12.10.2020

Naxçıvanda dövlət torpaq idarəçiliyinin yaradılmasının  100 illiyi münasibətilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yubiley tədbiri keçirilib.

Tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, 100 il əvvəl 10 oktyabr 1920-ci ildə ilk Torpaq şöbəsi yaradılıb. Sonrakı dövrlərdə Naxçıvanın torpaq idarəçiliyi sistemində müxtəlif dəyişikliklər baş verib.

Qeyd olunub ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının aqrar-sənaye komplekslərinin sürətli inkişafını təmin edən istiqamətləri müəyyənləşdirdi. Bunun nəticəsidir ki, həmin dövrdə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında da mühüm islahatların əsası qoyuldu.

Müslüm Cabbarzadə xidmətin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Xidmət ən müasir iş şəraiti ilə təmin edilib, yeni inzibati binalar istifadəyə verilib. Müasir server, şəbəkə və təhlükəsizlik avadanlıqları quraşdırılaraq məlumatların vahid mərkəzdən idarə olunması təmin edilib. Elektron xidmətlərin internet səhifəsi üzərindən təqdim olunması, dövlət rüsumunun və xidmət haqqının onlayn qaydada ödənilməsinə şərait yaradılıb.

Müslüm Cabbarzadə xidmətin əməkdaşlarını yubiley münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmətin əməkdaşları İntizar Həziyev, Cəfər Əliyev, Vəfadar Hüseynov və İbrahim İbrahimli yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Bir qrup əməkdaş səmərəli fəaliyyətinə görə fəxri fərman və pul mükafatı ilə təltif olunub.

Sonda Naxçıvan Televiziyasının hazırladığı “Torpaq Milli Sərvətimizidir” filminə baxış olub.

Baxılıb: 391