Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - RAYONLARDA DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR

RAYONLARDA DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIR

08.10.2020

Vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması Naxçıvan  Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin qarşısında duran prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmış, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər 2020-ci ilin sentyabr ayında da mütəşəkkilliklə davam etdirilmişdir.

Ötən ay idarə tərəfindən 11 fərdi yaşayış evinə, 1 mənzilə məxsus, ümumilikdə 12 texniki pasport hazırlanmışdır. 26 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilmişdir. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilmiş, 21 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunmuşdur.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 34 müraciət qəbul edilmiş və icra olunmuşdur. Məhdudiyyət və yüklülüyə dair 29 arayış verilmişdir.

 

Baxılıb: 369