VƏTƏNDAŞLARA KEYFİYYƏTLİ XİDMƏT GÖSTƏRİLİR
06.11.2020
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Ötən ay 7 fərdi yaşayış evinə, 5 mənzilə, 1 qeyri yaşayış binasına məxsus, ümumilikdə 13 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 44 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əmlakın olub olmaması ilə bağlı 14, məhdudiyyət və yüklülüyə dair 53 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib,14 müayinə aktı yazılıb.
Rayonun Zeyvə, Düdəngə, Qarabürc, Sərxanlı, Mahmudkənd kəndlərinin ərazisində torpaqlardan istifadəyə nəzarət sahəsində aparılan monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanunsuz istifadə halları aradan qaldırılıb.
Bu dövrdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı müraciətlər də diqqətdə saxlanılıb, 11 əmlakın mövcud bazar münasibətlərinə uyğun qiymətləndirilməsi icra edilib, qiymətləndirməyə dair hesabat və rəylər tərtib olunaraq maraqlı tərəflərə təqdim edilib.
Rayonun İbadulla və Oğlanqala kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 18 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 360