MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB
14.04.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə 2020-ci ilin I rübü ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 187 müraciət daxil olmuşdur. Müraciətlər əsasında 81 fərdi yaşayış evinin, 29 mənzilin, 1 çoxmərtəbəli yaşayış binasının, 1 qeyri-yaşayış binasının, 3 qeyri-yaşayış sahəsinin, ümumilikdə 115 daşınmaz əmlak obyektinin texniki pasportu, 72 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 16,1% artmışdır.
13 əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN SAYI ARTIB
13.04.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2020-ci ilin I rübü ərzində də vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri diqqətdə saxlanılmış, 18 fərdi yaşayış evinə, 17 mənzilə məxsus olmaqla, 35 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmışdır. Fərdi yaşayış üçün ayrılmış 30, kənd təsərrüfatı təyinatlı 9 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 7,2% artmışdır.
Dövlət reyestrindən 82 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 65 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. 109 sosial arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
19 şifahi, 3 yazılı müraciət daxil olmuş, müraciətlər yerində araşdırılmış və qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINA MARAQ ARTIB
13.04.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin ilk üç ayı ərzində 61 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanmış, 293 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 31,6% artmışdır.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 335 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 125, əmlakın olub-olmamasına dair 101 arayış verilmişdir.
Qahab, Naxışnərgiz, Payız, Gülşənabad, Güznüt, Çeşməbasar, Cəhri və Qaraqala kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB
08.04.2020
Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2020-ci ilin I rübü ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması məqsədi ilə Şahbuz rayonunda və Sədərək rayonunun Qaraağac kəndində planaalma işləri başa çatdırılmış, rüb ərzində 3 min 903 daşınmaz əmlak obyekti plana alınmışdır. Şahbuz rayonunun 13 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüşdür.
47 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarında ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə əkin atlaslarına uyğun əkinlərin aparılması, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı maarifləndirici görüşlər təşkil edilmişdir.
