CULFADA DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN QEYDİYYATI DAVAM ETDİRİLİR
08.10.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsi cari ilin sentyabr ayı ərzində vətəndaş müraciətlərinin həllinə operativ yanaşmış, 9 fərdi yaşayış evinə, 5 mənzilə məxsus olmaqla, ümumilikdə 14 texniki pasport hazırlamışdır. 16 torpaq sahələrinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.
Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması diqqətdə saxlanılaraq dövlət reyestrindən 43 çıxarış hazırlanmış, məhdudiyyət və yüklülüyə dair 28 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir. Əmlakının olub olmaması ilə bağlı 10 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuş, eyni zamanda 6 torpaq sahəsinə dair rəy verilmişdir.
Vətəndaşlardan daxil olmuş 5 yazılı müraciət diqqətlə araşdırılaraq cavablandırılmışdır. 9 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.
Rayonun Xanəgah kəndində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir.
Baxılıb: 362