Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB

ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB

28.12.2020

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidmət edən əsgərlərə bayram sovqatı aparıb.

Muxtar respublikamızda əlamətdar günlərdə əsgərlərlə görüşlərin keçirilməsinin ənənə halını aldığını qeyd edən Xidmətin rəisi Müslüm Cabbarzadə əsgər və zabit heyətini düşmən üzərində böyük qələbə münasibəti ilə təbrik edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı ildən-ilə daha da möhkəmləndirilir, yeni əsgəri-məişət kompleksləri tikilib istifadəyə verilir.

Şəxsi heyətin döyüş və mənəvi hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür, lazımi xidmət şəraiti yaradılır. Bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlər bir daha sübut etdi ki, ordumuz qarşıya qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək əzmindədir.

Xidmətin rəisi qarşıdan gələn hər iki bayram münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara sərhədlərimizin etibarlı müdafiəsində uğurlar arzulayıb.

Gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.

Baxılıb: 379