NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ ŞAHBUZ RAYONUNDA KEÇİRİLİB
25.12.2020
Şahbuz rayonunda “Torpaqlardan səmərəli istifadə edilməsi və münbitliyinin qorunması” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə torpaqların münbitliyinin qorunması üçün aqrotexniki tələblərdən və əkin atlaslarına uğun əkinlərin aparılmasının əhəmiyyətindən danışılıb. Torpaqlardan təyinatına uyğun, səmərəli istifadə ilə bağlı qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Seminar-müşavirənin sonunda torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar müvafiq bələdiyyələrə təqdim edilib, kartoqramlardan istifadə qaydaları izah olunub.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirləri əks etdirən yaddaş kitabçaları paylanılıb.
Baxılıb: 361
