CULFA RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB
17.12.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda keçirilən “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda seminarda rayonda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları iştirak edib.
Seminarda bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələblərindən, bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatından, eləcə də bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələblərindən danışılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.Bələdiyyə sədrlərinə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair metodiki vəsait təqdim edilib.
Baxılıb: 364