Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI İŞLƏR DAVAM ETDİRİLİR

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İLƏ BAĞLI İŞLƏR DAVAM ETDİRİLİR

22.12.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2020-ci ilin noyabr ayı ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmış, mülkiyyət sənədlərinin hazırlanması üçün 65 müraciət qəbul edilərək icra olunmuşdur. Müraciətlər əsasında qanunvericiliklə müəyyən edilmiş müddət ərzində 36 daşınmaz əmlak obyektinin texniki pasportu, 29 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir.

5 əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.

Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə və onların mühafizəsi mütəmadi nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır.

Baxılıb: 342