DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR İCRA OLUNUR
21.12.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin noyabr ayı ərzində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı və torpaq məsələlərinin həlli ilə bağlı müraciətləri diqqətdə saxlanılmış, 14 daşınmaz əmlak obyektinin texniki pasportu, 66 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 83 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 34 arayış, 18 sosial arayış verilmişdir.
Rayonun Xalxal və Badaşqan kəndlərində səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.
Baxılıb: 351