Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI DİQQƏTDƏ SAXLANILIR

MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI DİQQƏTDƏ SAXLANILIR

21.12.2020

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən noyabr ayı ərzində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciətlərin icrası diqqətdə saxlanılmışdır. Ötən ay 11 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmış, 7 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunmuşdur.

Dövlət reyestrindən 26 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 23 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra edilmişdir.

Vətəndaşlardan daxil olmuş 4 şifahi, 8 yazılı müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.

Rayonun Dizə kəndində səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq yerində hüquq sahiblərinə təqdim edilmişdir.

Baxılıb: 306